• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Gmail” mesajlaşma tətbiqinə çevrilir

MULTİMEDİA

13 Sentyabr 2023 | 14:40 | Müəllif: Qalib İbrahimoğlu

“Gmail” mesajlaşma tətbiqinə çevrilir

“Google” “Gmail”ə reaksiya funksiyasını gətirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu funksiya mesajlaşma proqramlarında olduğu kimi, elektron poçtlara "emoji"lər əlavə etməyə imkan verəcək.

Bu yenilik, əslində, ilk dəfə bir neçə həftə əvvəl “Gmail”in “iOS” proqramında aşkar edilib. Artıq “Android”də də yeniliyin tətbiqinə başlanılıb.

Sözügedən reaksiyaların tezliklə “Gmail”ə əlavə ediləcəyi bildirilir.

Qeyd edək ki, belə bir funksiya artıq “Microsoft”un elektron poçt xidməti olan “Outlook”da mövcuddur./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR