• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

MULTİMEDİA

02 Oktyabr 2023 | 19:14 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

"Bakcell" şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib. 

Şirkətdən Bakıvaxtı.az-a verilən məlumata əsasən, "Bakcell"in şəbəkəsi Ağdərə və Xocalıda artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.

Burada quraşdırılmış baza stansiyaları ilə "Bakcell" şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və  ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.

"Bakcell" şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026