• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“X”ə üç yeni Premium abunə seçimi

MULTİMEDİA

06 Oktyabr 2023 | 14:28 | Müəllif: Qalib İbrahimoğlu

“X”ə üç yeni Premium abunə seçimi

“X” sosial şəbəkəsinə üç yeni Premium abunə seçimi gəlir.

Bakıvaxtı.az-ın məlumatına görə, seçimlər bunlardır:

Əsas, Standart və Plus abunə seçimləri.

Əsas planda istifadəçilər müntəzəm olaraq reklamları görməyə davam edəcəklər. Standart planda “X” daha az reklam göstərəcək. Plus planı reklamsız baxışı təmin edəcək. Heç bir reklam görmək istəməyənlərin üstünlük verəcəyi “X Plus”ın qiymətinin nə olacağı hələlik bəlli deyil.

Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.

“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026