• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“WhatsApp”dan yeni maraqlı funksiya - FOTO

MULTİMEDİA

16 Avqust 2023 | 09:36 | Müəllif: Subhan Mahmudov

“WhatsApp”dan yeni maraqlı funksiya - FOTO

"WhatsApp" yeni maraqlı funksiyasını işə salır. Belə ki, artıq istifadəçilər süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər.

Bakıvaxtı.az bildirir ki, yenilik mesencerin "Android" üçün "beta" versiyasında görünüb.

Yeni funksiyaya əsasən stikerlər bölməsində "Yarat" düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. "WhatsApp" süni intellektdən istifadə edərək təsvirə uyğun stikerlər dəsti yaradacaq, bundan sonra istifadəçi istədiyi stikeri seçərək onu söhbətə göndərə biləcək.

Stikerləri alan şəxs onların süni intellektdən istifadə olunmaqla yaradıldığı barədə bildiriş alacaq.
Yeniliyin "WhatsApp"ın bütün istifadəçiləri üçün nə zaman əlçatan olacağı açıqlanmayıb.


“WhatsApp”dan yeni maraqlı funksiya - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR