• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"WhatsApp"da KÜTLƏVİ PROBLEM: Nəsə baş verir... - YENİLƏNİB

MULTİMEDİA

18 Avqust 2023 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

"WhatsApp"da KÜTLƏVİ PROBLEM: Nəsə baş verir... - YENİLƏNİB

Bu gün "WhatsApp" hesablarının bağlanması və bloka düşməsi ilə bağlı yayılan xəbərlərlə bağlı rəsmi açıqlama verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətdə araşdırmalar aparılır.  Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.

"Həmçinin, vətəndaşlara vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir", - deyə Nazirliyin məlumatında qeyd olunur.

***

13:45

​​​​​​Son günlər ölkədə "WhatsApp" sosial şəbəkəsi ilə bağlı kütləvi problem yaşanır.

Bakıvaxtı.az-ın məlumatına görə. belə ki, insanların "WhatsApp" hesabları bağlanır, bir növ bloka düşmüş kimi olur. Bəzilərində bir neçə gün, bəzilərində isə bir həftə sonra açılır.

Məsələylə bağlı danışan texnobloqer Fərid Pərdəşünas bu problemin yalnız Azərbaycanda yaşandığını deyir. Onun sözlərinə görə, Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür: 

"Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir. Hazırda probelmin tək Azərbaycanda olduğunu düşünürəm".

Texnobloqer qeyd edib ki, qlobalda bu haqda xəbərlər yoxdur.

 "WhatsApp-la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Təcili məsələ araşdırılmalıdır", - deyə Fərid Pərdəşünas vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026