• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“WhatsApp Web”ə yeni funksiya gəlir

MULTİMEDİA

14 Avqust 2023 | 18:33 | Müəllif: Subhan Mahmudov

“WhatsApp Web”ə yeni funksiya gəlir

WhatsApp" veb versiyasına ekran kilidi funksiyasını gətirir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda funksiya yalnız beta istifadəçiləri üçün əlçatandır.

Funksiyaya "Məxfilik" parametrləri bölməsindən daxil olmaq olar. Bu bölməyə daxil olduğunuz zaman "Ekran kilidi" adlı bir seçimlə qarşılaşacaqsınız. Seçimi aktivləşdirdiyiniz zaman sizdən şifrə təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra hər dəfə "WhatsApp Web" səhifəsi açılanda şifrəni daxil etməli olacaqsınız.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026