• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Vatsapda daha bir YENİLİK

MULTİMEDİA

10 Iyul 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Vatsapda daha bir YENİLİK

Vatsap sosial şəbəkəsində daha bir yenilik edilib. 

Bakıvaxtı.az bildirir ki, tərtibatçılar birbaşa söhbət siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib. "Gizmochina"nın yaydığı məlumata görə, funksiya "Google Play"də beta test proqramı çərçivəsində 2.23.14.17 yeniləməsində mövcuddur.

Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca yerləşəcək.

Vatsap söhbət siyahısında üç filtr təqdim etməyi planlaşdırır. Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və bizneslə bağlı söhbətlər əsasında söhbətlərini təşkil etməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026