• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

MULTİMEDİA

08 Avqust 2023 | 23:39 | Müəllif: Subhan Mahmudov

“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

"WhatsApp" mesencerinin tərtibatçıları böyük qrupların üzvlərinə zəng etmədən səsli söhbətə başlamağa imkan verəcək funksiyanı sınaqdan keçirirlər.

Bakıvaxtı.az bildirir ki, səsli çatlar 32-dən çox üzvü olan qruplarda mövcud olacaq. Bu halda yeni səs dalğası simvolu görünəcək. Bununla belə, çatlara ən çox 32 istifadəçi qoşula biləcək. Söhbət başladılıb, lakin ona heç kim qoşulmayıbsa, o, avtomatik olaraq 60 dəqiqə ərzində bitəcək.

Hazırda "WhatsApp"ın 2.23.16.19 "Android" versiyasında yenilikdən yararlanmaq mümkündür.
Səsli çatların əsas üstünlüyü ondan ibarətdir ki, onlar hər bir qrup üzvünün smartfonuna zəng etmədən söhbətləşməyə imkan verəcək. Bunun əvəzinə yeni səsli söhbət yaradıldıqda qrup üzvlərinə bildiriş göndəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026