Türkiyədə itkin düşdüyü deyilən məktəblinin, əslində müəllimi ilə evləndiyi məlum olub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. hadisə Manisada olub. Belə ki, ailəsi məktəbli Begüm Altınkıranın axtarışı məqsədilə teleproqrama qatılıb. 18 yaşlı gənc qız çox keçmədən canlı yayıma qoşularaq müəllimi ilə evləndiyini və xoşbəxt olduğunu deyib.
"Biz evləndik. Ailəmi başa düşə bilmirəm. Onlar buraya gəldilər və danışdıq, qəbul etdilər. İndi niyə ora çıxıblar, anlaya bilmirəm. Öz razılığım ilə ailə həyatı qurmuşam və xoşbəxtəm", - deyə Bengüm bildirib.
Daha sonra o, ailəsi ilə bir daha görüşməyəcəyini və həyat yoldaşı ilə birgə yaşayacağını qeyib: "Mənim ona qarşı hisslərim vardı. Ancaq əvvəl razı olmadı, “anangil qəbul etməz” dedi. Mən uzaq durmadım, dedim ki, sevirəm. O, aprel ayında arvadından boşandı. Boşanmaqları mənlə bağlı deyildi. Evlənməyi mən istədim. Dedim ki, evlənməsək özümə qəsd edəcəm. Ancaq bundan sonra ailəm mənim üzümü görməyəcək".
Qeyd edək ki, 50 yaşlı müəllim Murat Gümüşün 2 uşaq atası olduğu məlum olub.
Xəyalə Rza
















