• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hərbi komissarlığın binası yandırıldı

DÜNYA

20 Iyul 2023 | 10:21

Hərbi komissarlığın binası yandırıldı

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, yerli polis bölməsi məlumatı təsdiqləyib.

Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub.

Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb.

Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, 2022-ci ilin sentyabrında vilayətin Kirov və Lenin rayonlarındakı hərbi komissarlığın binalarının yandırılmasına cəhd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026