• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynada daha böyük əməliyyatlara hazırlıq gedir

DÜNYA

19 Avqust 2023 | 09:30 | Müəllif: Subhan Mahmudov

Ukraynada daha böyük əməliyyatlara hazırlıq gedir

"Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları daha böyük əməliyyatlara hazırlıqdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, hazırkı həmlələr gələcək əməliyyat üçün əlverişli şərait yaratmağa hesablanıb:

"Ukrayna əks-hücum əməliyyatlarının ümumi uğuru haqqında qiymətləndirmələr etmək hələ tezdir. Müxtəlif mərhələlərdə əks-hücum əməliyyatları müxtəlif templə inkişaf edə bilər".

Hesabatda bildirilib ki, Rusiyanın effektiv müdafiə əməliyyatları və sıx mina sahələri Ukraynanın irəliləyişlərini məhdudlaşdırıb:

"Yəqin ki, proses hələ bir müddət belə davam edəcək. Anonim ABŞ mənbələrinin məlumatına görə, Ukrayna Melitopol istiqamətində o qədər də çox irəliləyə bilməyəcək".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə keçən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026