• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ÜST-dən koronavirusla bağlı çağırış - "Covid"in mənşəyi...

DÜNYA

18 Sentyabr 2023 | 00:15 | Müəllif: Subhan Mahmudov

ÜST-dən koronavirusla bağlı çağırış - "Covid"in mənşəyi...

ÜST Çini Covid-19-un mənşəyi haqqında daha çox məlumat verməyə çağırdı.

Bakıvaxtı.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bu virusun mənşəyi hələ də bəlli olmadığı üçün bu məsələni araşdırmaq üçün ikinci nümayəndə heyətini göndərməyə hazırdır.

Hazırda Covid-19-un mənşəyi ilə bağlı iki məşhur nəzəriyyə nəzərdən keçirilir: virusun Uhandakı dəniz məhsulları bazarında heyvandan insana ötürülməsi və ya yerli laboratoriyadan sızması.

Alimlərin fikrincə, hazırda dünya pandemiyanın kəskin mərhələsi təhlükəsi ilə üz-üzə deyil, lakin ölkələr virusun digər mutasiyaya uğramış variantlarına nəzarəti gücləndirməlidir.

Xatırladaq ki, Covid-19 epidemiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 30 yanvar 2020-ci il tarixində ÜST bu epidemiyanı beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti və 11 mart 2020-ci il tarixində pandemiya elan etdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026