Beyin qanaması nəticəsində təcili əməliyyat olunan Türkiyənin məşhur aktyoru Kadir İnanır 22 gündür müalicə aldığı Pamukkale Universiteti Xəstəxanasından evə buraxılıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Kadir İnanır xəstəxanada olduğu ilk gündən səhhəti ilə bağlı baş verənləri paylaşan jurnalistlərin vəziyyətini soruşaraq, “Hər şey üçün təşəkkür edirəm. Haqqımda verdiyiniz xəbərləri sosial şəbəkələrdə də izlədim. Xəstəxanalar insanların müalicəsi üçün yaradılmış təşkilatlardır. İnsanlara ən pis günlərində sağlamlıq təklif edən vacib qurumlardır", - deyib.
















