• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Sabaha qədər yaşayacağımıza..." - Sərdar Ortacın keçmiş sevgilisi

MƏDƏNİYYƏT

09 Yanvar 2022 | 00:33 | Müəllif: Qalib İbrahimoğlu

“Sabaha qədər yaşayacağımıza..." - Sərdar Ortacın keçmiş sevgilisi

Sərdar Ortacın keçmiş sevgilisi, sənətçi Seçil Gür səhnəyə çıxıb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ifaçı konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Yepyeni bir albom layihəsi olduğunu diyən S.Gür son dərəcə həyəcanlı olduğunu bildirib. “Sabaha qədər yaşayacağımıza heç bir zəmanət yoxdur. Bu səbəbdən də mən sağ ikən əlimdə olanları tamaşaçılara təqdim etmək istəyirəm. Mənim heç bir kommersiya narahatlığım yoxdur. Rəqəmliyə qalan hər bir əsər ölməzdir, bu gün dincəlmir, yüz ildən sonra öz qiymətini tapır. Bu mövzuda son dərəcə rahatam''.

12 yaşında Dövlət Simfonik Orkestrinin sənətçilərindən solfecio dərsləri aldığını deyən sənətşi, indi gəldiyi nöqtədə çox xüsusi bir karyeraya çevrildiyini vurğulayıb: “Kaş iki yaşım olanda skripka çalmağa başlasaydım. Mən doğulduğum andan musiqiyə aşiq olmuşam. İndi bəzən uşaq yaşlarında rəqəmsal və mediada konsertlər ifa etdiklərini görürəm. Mən bunu hədsiz dərəcədə bəyənirəm. Bu yolla musiqiyə daha gənc yaşda başlamaq və özümü sübut etmək istərdim”.

“Coğrafiya taledir. Mən sarışınam və ölkəmdə sarışın olduğuma görə də reaksiya alıram. Ölkəmizdə sarışınlar soyuq, kürənlər isti və mehriban sayılırlar. Bununla belə, mən son dərəcə səmimi, mehriban və şirin olduğumu düşünürəm”, - deyə S.Gür bildirib.


“Sabaha qədər yaşayacağımıza..." - Sərdar Ortacın keçmiş sevgilisi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR