• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Oksana 148 min ziyana düşüb

MƏDƏNİYYƏT

07 Fevral 2022 | 18:14 | Müəllif: Subhan Mahmudov

Oksana 148 min ziyana düşüb

"2014-cü ildə "Şər qarışanda" filmini istehsal edəndə yanımda 120 nəfər var idi, amma heç kim yox idi. Film gözəl alındı, amma uğursuzluqla nəticələndi".

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova Azərbaycan Kinematoqrafçılar İttifaqının qadın prodüserlərlə görüşündə deyib.

O, külli-miqdarda pul itirdiyini etiraf edib:

"Hər yaxşı idi, yaxşı ssenari, görüntü var idi. Əfsuslar olsun ki, bizə heç kim dəstək vermədi. Prodüser olaraq pulu da mən verirdim, hər şey edirdim. Hər kəs elə bildi ki, şirkətim bağlanacaq, çünki mən 148 min manat pul itirdim. Məqsədyönlü insanam, üzərimdə çalışmağa başladım. Kitablar oxudum, necə yaxşı prodüser olmaq olar bunu araşdırdım. Başladım texnikanı öyrənməyə, çəkilişlərdə nələr istifadə edilir bunlar barədə məlumatlar yığmağa. İlk növbədə kimisə işə götürəndə detalları öyrənirəm, texnikanı büdcəyə uyğun təyin edirəm".

Qeyd edək ki, O.Rəsulova "Oksi Media" şirkətinin rəhbəridir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026