• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Məşhurlar Rusiyanı tərk edir: Yaşamaq mümkün deyil

MƏDƏNİYYƏT

08 Mart 2022 | 18:28 | Müəllif: Qalib İbrahimoğlu

Məşhurlar Rusiyanı tərk edir: Yaşamaq mümkün deyil

Rusiyanın Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatlara rusiyalı məşhurlar arasında etiraz edənlər xeylu çoxdur.

Bakıvaxtl.az xəbər verir ki, Rusiyanın bu addmı, eyni zamanda ölkə daxilində müxtəlif sanksiyaların tətbiq etməsi məşhurlara Rusiyadan getməyə vadar edib. 

Məlum olduğu kimi, teleqram kanallarında Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinovanın Rusiyanı tərk etməsi barədə xəbərlər yer alıb. Amma onlar ölkəni tərk edən nə ilkdirlər, nə də son olacaqlar. Belə ki, Rusiyanı tərk edən məşhirların sıraları hünbəgün genişlənir. Artıq rusiyalı kino tənqidçi Anton Dolin, aktrisa Çulpan Xamatova və şair, aktrisa Vera Polozkovanın da ölkəni tərk ediblər. Bu barədə isə onlar sosial şəbəkədə yazıblar. 

Anton Dolin

Kini tənqidçi Anton Dolin yazıb ki, ağzını bağladıqları bir məmləkət, doğma olsa da yaşamaq mümkün deyil. Xüsusən də yeganə vasitəsi söz olan insan üçün.

"Ukraynada insanların öldürüldüyü bir vaxtda insanların planlarını müzakirə etməyə, filmlərə baxmağa, premyeralara getməyə davam etdiyi Moskvanın havasında nəfəs ala bilmədim" yazan Anton Dolin hazırda Latviyada olduğunu açıqlayıb. 

Vera Polozkova

Aktrisa Vera Polozkova da Rusiyanı tərk etdiyini bildiib:

"Uçduq. Çox acı bir həftə idi. Doğum günündə dostlarımı yığıb onlarla vidalaşmaq çox ağrılı idi, çünki seçim qalmamışdı. Mənim ölkəmdə nə siyasət, nə jurnalistika, nə də fəaliyyət göstərən hüquqi institut var. Amma dövlət xalqla bərabər deyil. Mənim xalqım üçün qərar verən insanlar qanunsuz hakimiyyətdədirlər: on ildir ki, ədalətli seçkilər keçirilmir" yazan aktrisa bildirib ki, ona görə də onların yeganə silahı yalandır.

"İnanıram ki, bu, həmişə belə olmayacaq", - aktrisa yazıb.

Çulpan Xamatova

Aktrisa Çulpan Xamatova da müharibə əleyhinə olanlardandır, Rusiya prezidentinə məktub ünvanlayaraq bu müharibənin sonlandırılmasını xahiş edən aktrisanın da öıkədən getdiyi deyilir (axsam.az). Bu barədə isə “Zakuliska” teleqram kanalı yazıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR