• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lalə Mustafayeva: "Daydayım da yox, həcim də, məmurum..."

MƏDƏNİYYƏT

06 Aprel 2022 | 18:10 | Müəllif: Subhan Mahmudov

Lalə Mustafayeva: "Daydayım da yox, həcim də, məmurum..."

Aparıcı Lalə Mustafayeva instaqram izləyicilərinin suallarını cavablandırıb.

Bakıvaxtı.az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı şəxsi həyatı və karyerası ilə bağlı ona ünvanlanan bir çox sualları cavablandırıb.

İzləyicilərdən biri Mustafayevaya "Səni nə vaxt televiziyada görəcəyik" sualı ilə müraciət edib. Lalə izləyicisinin sualını belə cavablandırıb:

Bu yaxınlarda serialda görə biləcəksiniz. O ki qaldı verilişə... Vallah yaltaqlana bilmirəm, qapı-qapı sponsor da axtara bilmirəm. Daydayım da yox, həcim də, məmurum da. Odur ki hələ evdəyəm".

Aparıcının başqa bir izləyicisi isə ona "Ən sevdiyiniz televiziya şousu hansıdır" sualını ünvanlayıb. Mustafayeva "Hal-hazırda heç biri", - deyə cavab verib.


Lalə Mustafayeva: "Daydayım da yox, həcim də, məmurum..."Lalə Mustafayeva: "Daydayım da yox, həcim də, məmurum..."
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026