• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rus gözəli qadağalara etiraz olaraq görün nə etdi - VİDEO

MƏDƏNİYYƏT

06 Aprel 2022 | 19:57 | Müəllif: Subhan Mahmudov

Rus gözəli qadağalara etiraz olaraq görün nə etdi - VİDEO

Monakoda yaşayan rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya “Chanel”dən olan çantasını sosial şəbəkədə izləyicilərin gözü qarşısında kəsib doğrayıb. 

Bakıvaxtı.az xəbər verir ki, o, bu addımı brendin məhsullarını Rusiya vətəndaşlarına satışını qadağan etməsinə etiraz əlaməti olaraq edib. Sözügedən videonu instaqram hesabında paylaşan model “ “Chanel” moda evi müştərilərinə hörmət etmirsə, biz niyə ona hörmət edək?” sözlərini qeyd edib.

Viktoriya #byebyeCHANEL həştəqi ilə “Mən heç bir brendin müştərilərinə “Chanel” qədər hörmətsiz davrandığını görməmişəm” sözlərini yazıb.

Qeyd edək ki, sözügedən brend Rusiyanın Ukraynaya qarşı yönəltdiyi hərbi əməliyyatlar fonunda bir çox brend kimi mağazalarını bu ölkədə bağlayaraq satışı dayandırıb. Bundan başqa, bir müddət əvvəl məlum olub ki, digər ölkələrdə fəaliyyət göstərən “Chanel”  mağazaları rus müştərilərə satış etmir və ya həmin məhsulu Rusiyada istifadə etməyəcəyinə dair bəyanat imzalamağı tələb edirlər.(publika.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR