• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mahsun Kırmızıgülün qardaşı həbs olunacaq 

MƏDƏNİYYƏT

06 Aprel 2022 | 21:10 | Müəllif: Subhan Mahmudov

Mahsun Kırmızıgülün qardaşı həbs olunacaq

Məşhur müğənni Mahsun Kırmızıgülün qardaşı Yusuf Bazencir 5 il müddətinə həbs oluna bilər.

Bakıvaxtı.az baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb Yusufun mart ayında 5 illik həyat yoldaşı Seval Bazencirə balta ilə hücum etməsidir.

Seval həyat yoldaşını məhkəməyə verib. Hadisə ilə bağlı aparılan araşdırmalardan sonra məkməyə təqdim olunan dəlil və sübutlar arasında Yusuf Bazencirin Sevala "Sən əlimə keçsən, öldürəcəm" sözləri ilə şantaj etməsi, o cümlədən evin qapısının balta ilə sındıraraq arvadına hücum etməsi kimi faktlar yer alıb. 

Əks tərəfin vəkili bütün bunları etdiyini boynuna alan Yusufun 2 ildən 5 ilə qədər həbsini tələb edib. 

Qeyd edək ki, Yusuf Sevalla 2017-ci ildə təmtəraqlı toy məclisi ilə ailə həyatı qurublar. Uzun müddətdir arvadı ilə münasibətləri pis olan Yusuf Seval Bazencirlə görüşmək istəyib. Lakin Seval bunu qəbul etməyib.

Qəzəblənən Yusuf əlinə balta alaraq arvadının evinə gedib. O, içəri girmək üçün balta ilə qapını sındırıb. Daha sonra 5 illik həyat yoldaşına hücum edərək təhqirlər yağdırıb.

Seval dərhal hüquq-mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə polis əməkdaşları gəlib. Şöbəyə aparılan Yusuf izahatı alındıqdan sonra sərbəst buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026