• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Mənə xəyanət etdiyi üçün boşandım" - Əməkdar artist

MƏDƏNİYYƏT

09 Yanvar 2022 | 21:24 | Müəllif: Qalib İbrahimoğlu

"Mənə xəyanət etdiyi üçün boşandım" - Əməkdar artist

"Oğlum Ayazın atası ilə hələ də görüşürük. Sağdır, 82 yaşı var. O vaxt dövlət işində çalışırdı. Mənə xəyanət etdi və boşandıq".

Bakıvaxt.az xəbər verir ki, bunu "Elgizlə izlə" verilişində qonaq olan Əməkdar artist Kübra Əliyeva həyat yoldaşının xəyanətindən danışarkən deyib.

Əməkdar artist ikinci dəfə boşanmasının səbəbinin də xəyanət olduğunu bildirib::

"Xəyanəti bağışlamadım. Yanıma gəlib hər şeyi danışdı. 14 yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım. Heç vaxt onun pulunu sevmədim, bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib... Sumqayıtdakı evimi dəyişdi, öz əziyyətimlə düzəltdim, onun 1 qəpiyində də gözüm yox idi. Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim".

K.Əliyeva deyib ki, həyatda ilk və son sevgisi ikinci həyat yoldaşı olub: "Məndən 10 yaş böyükdür. O vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istədi. İnanın mən öz gücümlə dolanırdım, ondan heç nə istəmirdim".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026