• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Kafedə ATIŞMA: 2 ölü, 1 yaralı

DÜNYA

19 Dekabr 2022 | 16:20

Kafedə ATIŞMA: 2 ölü, 1 yaralı

Yunanıstanın paytaxtı Afinada dünən axşam saatlarında kafedə silahlı hücum həyata keçirilib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, Nea Smirni rayonunda yerli vaxtla saat 21:30 radələrində baş verən hadisədə hücumçunun açdığı atəş nəticəsində 44 və 41 yaşlı iki nəfər hadisə yerində həyatını itirib.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə tibbi maska ​​və kapüşonlu hücumçunun kafeyə girərək masaya yaxınlaşaraq insanlara yaxın məsafədən 6 atəş açaraq, daha sonra hadisə yerindən qaçdığı görünür. Hücum nəticəsində qonşu masada oturan qadının yaralandığı bildirilib.

Polisdən verilən açıqlamada hadisənin narkotik qruplarının üz-üzə gəlməsi səbəbindən baş verdiyi, öldürülən şəxslərin narkotik və oğurluq kimi cinayətlərdən çoxlu sayda cinayət qeydlərinin olduğu bildirilib. Alban əsilli olduğu ehtimal edilən 2 nəfərin xəstəxanaya aparıldığı öyrənilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026