Füzulidə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Kərimbəyli kəndi ərazisində “KamAZ” markalı avtomobil yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. /Trend
















