• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Karantin yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA

CƏMİYYƏT

10 May 2022 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Karantin yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA

Dünyanın əksər ölkələri karantin rejimini yumsaltsa da, bəziləri yenidən sərt karantin qaydalarına qayıdır. Çindən sonra İspaniya və İtalyada da koronavirusa yoluxanların sayının xeyli artması, bu ölkələri karantin rejimin sərtləşdirməyə vadar edir. Belə olan halda Azərbaycanda da yoluxma sayının artma, karantin qaydalarının sərtləşdirilmə ehtimalı varmı?

Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, karantin qaydalarının sərləşdirilməsi, yumşaldılması epidemoloji şəraitə görədir: “Azərbaycanda kollektiv immunitetin yaranması qənaəti var, hesab etmirəm ki, koronavirus istiqamətində vəziyyət pisləşə bilər. Amma surprizlər baş verərsə, ona uyğun qərar verilə bilər”.

Onun sözlərinə gğrə, bir şeyi yadda saxlamaq lazımdır ki, bu, ümumi, kütləvi karantindir, amma zamanında bir çox xəstəlik yayılanda da lokal karantinlər olub: “Təbii ki, bu karantinlər də lazım olan vaxtda qaldırılıb. Yəni, bizdə karantin ilk dəfə deyil”.

A.Qeybulla qeyd edib ki, bu cür kütləvi karantindən çıxarılası xeyli dərslər var: “Hesab edirəm ki, insanlar bəzi müsbət şeylər də götürməlidirlər. Amma hal-hazırda epidemoloji vəziyyət hər ölkədə müxtəlifdir. Çində virusun artması ilə bağlı müxtəlif xəbərlər gəlir. Əslində, Çində kollektiv immunitetin yaranması reallığı yoxdur, çünki epidemiya yayılanda vaxtında lokallaşdırdılar. Amma hər halda Azərbaycan bir az fərqli durumdadır. Bu baxımdan, hesab edirəm ki, bizdə, qaydaların sərtləşdirilməsinə ehtiyac yaranmayacaq. İstənilən halda, birmənalı nəsə demək olmur. Arzu edək ki, bu ilin sonunda pandemiya ilə tamamilə vidalaşmış olaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026