• Bakı 18° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Keçmiş zavod ərazisində yanğın baş verib

HADİSƏ

24 Dekabr 2023 | 00:27

Keçmiş zavod ərazisində yanğın baş verib

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsi 33 ünvanındakı keçmiş oyuncaq zavodunun ərazisində qeydə alınıb.

Hazırda mebel sexi kimi fəaliyyət göstərən obyekt qəfil alovlanmağa başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin 6 texnikası və canlı briqadası cəlb edilib.

Ümumi sahəsi 100 kvadratmetr olan taxta sexinin 30 kvadratmetrdə olan taxta məmulatları yanıb.

Alovun bitişik sexlərə keçməsinin qarşısı alınıb.

Taxta məmulatları yanğından mühafizə edilib.

Yanğına elektrik lövhəsində küləyi təsiri ilə yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026