• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ticarət mərkəzindən 7 min manatlıq oğurluq 

HADİSƏ

22 Yanvar 2024 | 12:36

Ticarət mərkəzindən 7 min manatlıq oğurluq

Neftçalada oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən və hazırda fəaliyyət göstərməyən ticarət mərkəzinin binasından oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Elmar Əsgərov saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov yanvar ayı ərzində qeyd olunan obyektə bir neçə dəfə qanunsuz daxil olaraq oradan 2 ədəd seyf, 1 ədəd transformator, 5 ədəd dəmir barmaqlıqlar və digər əşyaları oğurlamaqla zərərçəkmişə ümumilikdə 7000 manata yaxın maddi ziyan vurub.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Ticarət mərkəzindən 7 min manatlıq oğurluq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026