• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Tapdığı silahı gizlədən şəxs saxlanıldı

HADİSƏ

22 Yanvar 2024 | 13:14

Tapdığı silahı gizlədən şəxs saxlanıldı

Bərdədə silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənov Sərxan Baloğlan oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd Kalaşnikov avtomatı həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Tapdığı silahı gizlədən şəxs saxlanıldıTapdığı silahı gizlədən şəxs saxlanıldıTapdığı silahı gizlədən şəxs saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026