• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Keşlə” ilk qələbəsini qazandı - VİDEO

İDMAN

02 Oktyabr 2021 | 20:32 | Müəllif: Subhan Mahmudov

“Keşlə” ilk qələbəsini qazandı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur davam edir.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.

“ASK Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.

Bu mövsüm ilk qələbəsini qazanan “Keşlə” 4 xalla 7-ci pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu - 8-ci yerdədir.

İlk oyun günündə isə “Zirə” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026