• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

“Barselona” mənə qarşı düzgün hərəkət etmədi” - Messi

İDMAN

01 Noyabr 2021 | 19:23 | Müəllif: Subhan Mahmudov

“Barselona” mənə qarşı düzgün hərəkət etmədi” - Messi

PSJ-nin futbolçusu Lionel Messi yayda “Barselona”dan ayrılıb Paris klubuna keçməsi barədə danışıb.  

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında Kataloniya klubunda qalmaq istəsə də, şərtlərin bunu mümkünsüz etdiyini söyləyib. Argentinalı eyni zamanda “Barsa”nın prezidenti Joan Laportadan incikliyini də gizlətməyib:

“Barselona”dan gedəndə də demişdim ki, komandada qalmaq üçün mümkün olan hər şeyi etdim. Orada heç kim məndən pulsuz oynamağı istəmədi. Maaşımı 50 faiz azaltmağımı istədilər, razı oldum. Hətta ondan da az məvacibə qalmağa razı idim. Mənim də, ailəmin də arzusu Barselonada qalmaq idi. Buna görə də Laportanın sözləri məni incidir. Mənə qarşı düzgün hərəkət etmədilər, buna görə də, belə açıqlamalar verməməlidirlər. Bu, insanlarda barəmdə başqa şeylər düşünməyə və şübhələnməyə səbəb olur. Buna layiq deyiləm”.

Qeyd edək ki, Lionel Messi karyerasını bitirdikdən sonra “Barselona”ya idman direktoru kimi qayıtmaq arzusunda olduğunu bildirib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026