• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mahir Emrelinin klubu yenə məğlub oldu

İDMAN

31 Oktyabr 2021 | 23:49

Mahir Emrelinin klubu yenə məğlub oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa çempionatında növbəti oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Varşava təmsilçisi XIII turda "Poqon"u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli start heyətində çıxış edib və 61-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Legiya" 11 oyundan 9 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb. "Poqon" isə 25 xalla 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026