Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.
















