• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Koronavirusdan ölümlər artıb - ÜST

DÜNYA

14 Aprel 2021 | 09:16

Koronavirusdan ölümlər artıb - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirusdan ölümlərin artdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilir.

“Artıq ardıcıl yeddi həftədir ki, yoluxmada, son dörd həftədə isə ölümlərdə artım müşahidə etmişik”, - deyə Qebreyesus bildirib.

O, vaksinasiyanın COVID-19 virusu ilə mübarizədə yeganə yol olmadığını söyləyib.

ÜST rəhbəri insanları sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə riyaət etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026