• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Laçında minaya düşən fəhlə öldü - FOTO - YENİLƏNİB

HADİSƏ

30 Aprel 2022 | 11:35 | Müəllif: Subhan Mahmudov

Laçında minaya düşən fəhlə öldü - FOTO - YENİLƏNİB

Laçında minaya düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə görə, faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

***

10:31

Laçında minaya düşən şəxs vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib. 

İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.

Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi bildirilib.(oxu.az)

 

***

29 aprel , 15:16

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır


Laçında minaya düşən fəhlə öldü - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026