• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Lavrov ŞƏT və MDB-nin potensialını dəyərləndirib

SİYASƏT

07 Oktyabr 2024 | 17:12

Lavrov ŞƏT və MDB-nin potensialını dəyərləndirib

"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB-nin Avrasiya məkanında potensialı çox böyükdür".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, bildirib ki, MDB və ŞƏT-ə üzvlük çoxlu oxşar cəhətlərə malikdir. Bu, ildən-ilə daha da zənginləşən və konkretləşən strukturlar arasında sıx əməkdaşlığı şərtləndirir.

"Assosiasiyalar böyük iqtisadi, maddi-texniki və yaradıcı potensiala malikdir. Bu potensial hər il təşkilatların bütün iştirakçılarının xeyrinə olan konkret layihələrdə daha çox reallaşır", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da  Moskvada MDB, KTMT və ŞƏT-in yüksək səviyyəli inzibati rəsmilərinin görüşü keçiriləcək. Görüşün nəticələri MDB, KTMT və ŞƏT-in yüksək səviyyəli inzibati rəsmilərinin qarşıdan gələn növbəti iclasının hazırlanmasında nəzərə alınacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Oktyabr 2024