• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Lerikdə qəza - Ölən var

CƏMİYYƏT

03 Avqust 2022 | 23:40

Lerikdə qəza - Ölən var

Lerik rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, qəza axşam saatlarında Lerik rayonunun Günəşli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Lənkəran sakini Ruslan Fərhad oğlu Kərimovun idarə etdiyi 10 LJ 164 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxıb.

Bundan sonra avtomobil yol kənarındakı beton səthə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026