• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Dövlət qurumu da bu yolla pul qazanır" 

CƏMİYYƏT

02 Sentyabr 2022 | 17:42

"Dövlət qurumu da bu yolla pul qazanır"

“Bəzən olur ki, Startap Şəhadətnaməsi almaq üçün müraciət edən startapın ideyası dövlətin birbaşa funksiyası ilə bağlı olur. Məsələn, startap var ki, təklif etdiyi xidmət birbaşa dövlətin məcburi açıqlamalı olduğu məlumatla bağlıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Forum rəhbəri qeyd edib ki, yəni, normalda startapın pul qarşılığında təqdim etməli olduğu xidməti, hansısa dövlət qurumu pulsuz olaraq, hamı üçün açıq etməlidir:

“Bəs nə üçün dövlət qurumu bunu etmir ? Ola bilər ki, hazırda həmin dövlət qurumu bunu etməyə hazır deyil. O da ola bilər ki, hansısa maraq qarşılığında qurum bu məlumatları açıqlamır və hansısa startapla bölüşür. Yəni, dövlət qurumu da bu yolla pul qazanır “. 

O.Gündüzün fikrincə, startaplar bu tip riskli məqamları nəzərə almalıdırlar:

“Bu tip startaplar gələcəkdə böyük risklərlə üzləşə biləcəklər. Əgər, tutaq ki, sabah Açıq məlumat bazaları haqqında qanun qəbul edilsə və dövlət qurumu məlumatları açıqlamaq məcburiyyətində qalsa onda startapın təqdim etdiyi ödənişli xidmətlərin davamlı olacağı şübhə doğurur. Baxmayaraq ki, biz Ekspert Şurasında mövcud meyarları rəhbər tutmaqla bu tip startaplara da şəhadətnamə verilməsinə müsbət yanaşırıq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026