• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Lobya qanda xolesterinin səviyyəsini salır

CƏMİYYƏT

02 Oktyabr 2022 | 02:21 | Müəllif: Qalib İbrahimoğlu

Lobya qanda xolesterinin səviyyəsini salır

Lobya çox qiymətli və faydalı məhsuldur. Tərkibində olan zülalın miqdarına görə ətə və balığa yaxınlaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, həftədə 2-3 dəfə lobya istehlakı immun sistemimizə çox müsbət təsir edir.

Sidikqovucu təsirinə malik olan lobya, xüsusilə onun qırmızı növləri, sidik kisəsini və sidik yollarınına müsbət təsir edir.

Lobya dişlərin və damaqların sağlamlığı üçün çox faydalıdır.

Lobya nəfəs yollarını selikdən təmizləyir.

Qidalı liflərlə zəngin olan lobya orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlikləri, infarkt və insultun riskini azaldır.

Həmçinin lobya qidalı liflərin sayəsində qəbizliyin qarşısını alır. Həll olunmayan qidalı liflər bağırsaqlarda özünə mayeni hopduraraq şişir və bu da bağırsaqların daha tez və rahat boşalmasını təmin edir.

Lobya arterial təzyiqi salmağa kömək edir. Bunun səbəbi lobyada olan kalium və maqnezium maddələridir.

Fol turşusu ilə zəngin olan lobya qanazlığı zamanı da faydalıdır.

B qrupu vitaminlərlə zəngin olan lobya sinir sistemi üçün çox də faydalıdır - sakitləşdirir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Lobya cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir. Bu xüsusilə kişilərə aiddir. Lobyanın qəbulu kişilərdə potensiyanı yaxşılaşdırır.

Lobyanın istehlakı orqanizmdə kollagen zülallarının istehsalını artırır. Kollagen dərini daha cavan və dartılmış edir.

Lobya arıqlamağa da yardım edir. Bu səbəbdən bir çox dietoloqlar bişmiş lobyanı pəhrizlərə daxil edirlər.

Lobya qanda xolesterinin səviyyəsini aşağı salır ki, bu da damarların tıxanmasının qarşısını alır. 

Lobyanın yeganə mənfi tərəfi - bağırsaqlarda qazların əmələ gətirməsidir. Lobyanın bu xüsusiyyətini azaltmaq üçün mütəxəssislər lobyanı bişirilməkdən əvvəl bir neçə saat ərzində suda islatmaq tövsiyə edirlər.

Bütün bunlarda yanaşı, bəzi xəstəliklər zamanı lobyanın qəbulu insanın sağlamlığına ziyan vura bilər. Bu xəstəliklər arasında: mədə və 12 barmaq bağırsağı xora xəstəliyi, kolit, xolesistit, pankreatit, podaqra.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR