• Bakı 19° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Arınç İlham Əliyevə təşəkkür etdi

CƏMİYYƏT

31 Oktyabr 2022 | 20:01 | Müəllif: Subhan Mahmudov

Arınç İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində müstəsna xidməti olub. Buna görə dövlət başçısına təşəkkür edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınç Qarabağ və Şərqi Zəngəzura səfərlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O, beynəlxalq səyyahların üç gün müddətində Şuşa, Füzuli, Ağdam, Laçın və digər rayonlarda olduğunu, həmçinin Xudafərin körpüsünə baş çəkdiklərini bildirib:

"Şuşada xüsusi qonaqpərvərliklə qarşılandıq. Xudafərin körpüsündən keçəndə Azərbaycan bayrağının yanında Türkiyə bayraqlarını da gördüm. Mən dünyanın heç bir ölkəsində belə bir şey görməmişdim. Azərbaycan və Türkiyə qardaşdır. Prezident Rəcəb Tayyib Ərdoğan da ilk gündən Azərbaycanın yanında oldu. Biz hər zaman Azərbaycanın yanında olmuşuq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026