• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Vüqar Qurbanova yeni müavinlər təyin edildi

CƏMİYYƏT

30 Noyabr 2022 | 16:47

Vüqar Qurbanova yeni müavinlər təyin edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanova müavinlər təyin edilib.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu barədə qurumun Müşahidə Şurasının iclasında qərar qəbul edilib.

İclasın gündəliyinə tibb müəssisələrinin nizamnamələrinə dəyişiklik edilməsi, TƏBİB-in İcraçı direktorunun müavinlərinin təsdiq olunması və s. məsələlər daxil edilib.

İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin edilib.

Qeyd edək ki, Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.

2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Digər müavin Araz Nəsirov isə 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.

2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.

2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.


SON XƏBƏRLƏR