• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Litvada fövqəladə vəziyyət elan edildi

DÜNYA

03 Iyul 2021 | 21:06

Litvada fövqəladə vəziyyət elan edildi

Litva hökuməti Belarus ilə sərhəddə qanunsuz miqrant axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Litvanın daxili işlər naziri Aqne Bilotayte bununla əlaqədar fövqəladə əməliyyat üzrə operativ rəhbər təyin edilib.

Litvanın Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, sərhədçilər gün ərzində dövlət sərhədini qanunsuz şəkildə keçməyə çalışan 150 miqrantı saxlayıblar. Bu da əvvəlki sutkalıq göstəricilərdən təxminən üç dəfə çoxdur. Hazırda qeyri-leqal miqrantların yerləşdirilməsi məqsədilə 835 nəfərlik yer ayrılıb. Həmin yerlərdən 500-ü artıq tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026