• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mahmud Abbas Co Baydenlə danışmaqdan İMTİNA ETDİ

DÜNYA

20 Oktyabr 2023 | 13:55

Mahmud Abbas Co Baydenlə danışmaqdan İMTİNA ETDİ

Fələstin lideri Mahmud Abbas ABŞ Prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfəri zamanı onunla telefon danışığından da imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu Ramallahdakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri oktyabrın 18-də liderlər arasında telefon danışığı təşkil etmək istəyiblər, lakin Abbas bundan imtina edib.

Qeyd edək ki, Qəzzadakı “Əl-Əhli” xəstəxanasına raket zərbəsi və yüzlərlə ölən səbəbindən Mahmud Abbas Co Baydenlə sammitdən də imtina etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026