İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makron və Hollandiyanın baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.
Onlar Fransa liderinin oktyabrın 24-də İsrailə səfər edəcəyini bildiriblər: "Netanyahunun ofisi Fransa prezidenti Makronun çərşənbə axşamı İsrailə eniş edəcəyini təsdiqləyir", - bəyanatda deyilir. O da qeyd edilir ki, Rutte İsrailə bazar ertəsi, oktyabrın 23-də gedəcək.
















