İngiltərə saytı "Şarkul Avsat"da kələm turşusunun faydaları sadalanıb.
Bakıvaxtı.az xəbər verir ki, vitamin və minerallarla zəngin olan duzlu kələm immunitet funksiyasını və həzm sağlamlığını dəstəkləyir, arıqlamağa kömək edir və psixi sağlamlıq üçün faydalıdır.
Fermentasiya edilmiş kələm antioksidantlarla, o cümlədən C vitamini və karotenoidlərlə zəngindir.
Bundan əlavə, duzlu kələmin ən məşhur xüsusiyyəti bağırsaq sağlamlığının qorunmasında çox mühüm rol oynayan faydalı bakteriyalar olan yüksək miqdarda canlı probiotiklərin olmasıdır.
Ay Tac
















