• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI

CƏMİYYƏT

30 Aprel 2024 | 12:35 | Müəllif: Qalib İbrahimoğlu

Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Bu barədəı Bakıvaxtı.az-a Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 40-45% olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026