PSJ-nin futbolçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messinin rekordunu təkrarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Be Foot" nəşri məlumat yayıb. Hücumçu Liqa 1-in 24-cü turunda "Renn" ilə görüşdə fərqlənib.
Beləliklə, Paris təmsilçisinə qələbə qazandıran fransalı forvard yerli çempionatda 119-cu qoluna imza atıb. Beləliklə, Mbappe 24 yaşadək Avropanın top-5 liqasında 21-ci əsrdə ən çox qol vuran iki oyunçudan biri olub.
Qeyd edək ki, dekabrın 20-də Kilian Mbappenin 24 yaşı tamam olacaq. Hücumçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.(qol.az)
















