• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Mbappe transferi rəsmən bitdi - DETALLAR

İDMAN

05 Aprel 2024 | 16:49 | Müəllif: Subhan Mahmudov

Mbappe transferi rəsmən bitdi - DETALLAR

PSJ klubunun futbolçusu Kilian Mbappe "Real Madrid"lə müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat verib. Bildirilir ki, Mbappe fevral ayının ilk həftəsində 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Mbappenin AVRO-2024-də heç bir təzyiq olmadan oynamaq istədiyi, bu səbəbdən onun "Real Madrid"ə keçidinin turnirdən əvvəl açıqlanacağı bildirilib. Bununla bağlı İspan nəhəngi ulduz futbolçu ilə anlaşıb. Xəbərdə "Real Madrid"in Kilian Mbappenin komandası ilə transferin rəsmi şəkildə açıqlanması üçün anlaşdığı və bütün təşəbbüsün ulduz futbolçuya aid olduğu qeyd edilib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək./metbuat


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026