• Bakı 14° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Avropa kuboku: Cüdoçularımız 10 medal qazanıb

İDMAN

05 May 2024 | 05:37

Avropa kuboku: Cüdoçularımız 10 medal qazanıb

Göygöldə kadetlər arasında cüdo üzrə Avropa kuboku start götürüb.

Bakıvaxtı.az idman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk Azərbaycan idmançıları üçün uğurlu olub.

Yığmamız 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb. Məmmədəli Hüseynov (50 kq) finalda Aleksey Toptıgini (AİN), Nihad Məmişov (55 kq) isə Leka Darispanaşvilini (Gürcüstan) məğlub edib. Fərid Qarayev (60 kq) həlledici döyüşdə özbək Bahrom Asatova uduzub.

Avropa kubokunun ilk günündən sonra Azərbaycan (2-1-7) yığması lider mövqeyində yer alıb. Türkiyə (1-3-0) 2-ci, Özbəkistan (1-0-1) 3-cüdür.

Qeyd edək ki, yarışda 14 ölkədən 323 idmançı mübarizə aparır.


SON XƏBƏRLƏR