• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər

İDMAN

04 Iyun 2024 | 00:51

Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "O Jogo" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Bavariya" portuqaliyalı ilə maraqlanır. Artıq Almaniya klubunun rəhbərliyi 29 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Barselona" da Bruno Fernandeşlə maraqlanır, lakin kataloniyalılar hələ danışıqlara başlamayıb. Portuqaliyalı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub./lent.az


SON XƏBƏRLƏR