• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları Fəxri xiyabanı ziyarət etdilər

CƏMİYYƏT

01 Iyun 2023 | 11:14

MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları Fəxri xiyabanı ziyarət etdilər

Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleya Şurasının iştirakçıları iyunun 1-də Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
 


SON XƏBƏRLƏR