Meksikanın Oaxaka ştatında şəhərlərarası avtobus aşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlər arasında bir uşaq da var.
Faciəyə səbəb avtobusun minik avtomobili ilə toqquşması olub.
Yerli hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini aydınlaşdırır.
















