Goranboyda avtomobil qəzasında ölənlərin sayı artıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 13:30
Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Naftalan-Qızılhacılı avtomobil yolunda baş verib. Belə ki, "VAZ-21099" və "BMW" markalı avtomobillərin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı və onun bacısı, 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızı hadisə yerində ölüb.
Qəza nəticəsində yaralanan 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğlu isə Gəncədəki klinikalarından birinə çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.


















